Dünya

Tramp qadın müxbirə sataşdı

Metbuat.az

ABŞ prezidenti Donald Tramp ABC News telekanalının müxbirinə sataşıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Ağ evdə keçirilən brifinqdə jurnalist Sesiliya Veqa sual vermək istəyərkən, Trampın gözlənilməz reaksiya ilə qarşılaşıb.

ABŞ prezidenti gülə-gülə "Mən onu seçdiyim üçün o, şokdadır" deyə bildirib.

Buna cavab olaraq S. Veqa şokda olmadığını bildirsə də, Tramp bunu deyib:

"Hər şey qaydasındadır. Bilirəm ki, siz düşünmürsünüz. Siz heç vaxt bunu etməzsiniz".

Milli.Az