Ölkə
Tovuzda 18 yaşlı qız dərmandan zəhərləndi
Tovuz rayonunda gənc qız dərmandan zəhərlənib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun İbrahimhacılı kəndində baş verib.
Kənd sakini, 2000-ci il təvəllüdlü Hüseynova Gülnar Şahin qızı yüksək dozalı dərman qəbul edib.
Nəticədə G.Hüseynova zəhərlənmə ilə huşsuz vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
G.Hüseynova reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Milli.Az