Dünya

Tbilisidə güclü yanğın olub - FOTO

Metbuat.az

Gürcüstan paytaxtı Tbilisinin Didiube rayonunda "Eliava" tikinti materialları bazarı yaxınlığında güclü yanğın olub.

Milli.Az "report"-a istinadən bildirir ki, səhər saatlarında Aqladze küçəsində baş vermiş yanğın taxta-şalban materiallarının saxlandığı anbarları əhatə edib.

Yanğının söndürülməsinə 17 yanğınsöndürən maşın cəlb olunub. Yanğın nəticəsində 800 kv. metr sahə yanıb.

Hadisə zamanı xəsarət alanlar olmayıb.

Yanğın artıq lokallaşdırılıb.

Milli.Az