Ölkə

Sürüşmə zonasındakı vəziyyətlə bağlı SON MƏLUMAT

Metbuat.az

Badamdar qəsəbəsində sürüşmə ərazisində aparılan müşahidələrlə bağlı növbəti məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Publika.az-a verilən məlumata görə sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.

“Sürüşmənin qaş hissəsində kəsilmiş yamacda asılı vəziyyətdə qalan süxur kütləsinin yamac boyu hərəkəti müşahidə edilir. Sürüşmənin qaş hissəsində kəsilmiş yamacda yeraltı suların əlamətləri qeydə alınıb. Bu da sürüşmənin aktivliyinin göstəricisidir. Sürüşmənin sağ və sol hissəsindəki mövcud çatlarda qismən genişlənmə müşahidə edilib. Sürüşmənin təsir dairəsində divarlarda quraşdırılmış mayaklarda dinamik dəyisiklik qeydə alınmayıb”.