Ölkə
Sürüşmə zonasında SON VƏZİYYƏT - Nazirlik açıqladı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının mütəxəssisləri Badamdar - 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində müşahidələri növbətçilik rejimində davam etdirirlər.
Milli.Az bildirir ki, bu barədə Trend-ə Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
O bildirib ki, ən son məlumata görə, sürüşmənin dinamikasında aktivlik dayanmayıb. İstinad divarından aşağıda sürüşmə kütləsinin hərəkəti davam edir.
Milli.Az