Dünya

Stoltenberq gələn ilin martında Gürcüstana səfər edəcək

Metbuat.az

NATO-nun baş katibi Yens Stoltenberq 2019-cu ilin mart ayında Gürcüstana səfər etməsi gözlənilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu Stoltenberqin Gürcüstana üçüncü səfəridir.

Səfər çərçivəsində baş katibin NATO-Gürcüstan birgə hərbi təlimlərində iştirak edəcəyi nəzərdə tutulub.

O, daha əvvəl "Gürcüstan"ın NATO-nun üzvü olacağını bildirirdi. Lakin Stoltenberq dəqiq tarixləri deyə bilməyəcəyini də qeyd edib.

Milli.Az