Ölkə
"SOCAR Polymer" İLK DƏFƏ məhsul ixracına başlayır
"SOCAR Polymer" MMC bu gündən etibarən Türkiyəyə məhsul - 170 ton polipropilen ixracına başlayır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu MMC-nin baş direktoru Fərid Cəfərov deyib.
O qeyd edib ki, bu gün zavod 6 min ton polipropilen istehsal edib:
"Ümumiyyətlə, ilin sonunadək 15 min ton polipropilen ixrac etmək planlaşdırılır".
Milli.Az