Dünya

Səudiyyə Ərəbistanının Ümumi Kəşfiyyat Xidməti yenidən təşkil ediləcək

Metbuat.az

Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül Əziz əs-Səud şahzadə Məhəmməd ibn Salman əs-Səuda Ümumi Kəşfiyyat Xidmətini yenidən təşkil etmək tapşırığı verib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Səudiyyə xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, bunun üçün şahzadənin rəhbərliyi altında komitə yaradılıb.

Milli.Az