Səudiyyə Ərəbistanı YPG/PKK əməkdaşlığı üçün
“Wall Street Journal” qəzetinin jurnalisti Camal Kaşıkçının itməsi hadisəsilə çətin günlər yaşayan Səudiyyə Ərəbistanı rəhbərliyi, ABŞ-a, xarici işlər naziri Mayk Pompeonun Riyada çatdığı saatlarda YPG/PKK terror təşkilatının Suriyada işğal etdiyi bölgədə istifadəsi üçün 100 milyon dollar verib.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Riyad rəhbərliyi Suriyada İŞİD terror təşkilatından azad edilən bölgələr üçün verməyi öhdələrinə götürdükləri 100 milyon dollarlıq yardımı, Pompeonun dünən Səudiyyə Ərəbistanına səfəri zamanı ABŞ hökumətinə aid hesablara köçürüb.
Tramp rəhbərliyi maliyyə dəstəyini uzun müddətdir tələb etsə də, ödənişin Pompeonun Camal Kaşıkçı hadisəsi səbəbindən səfəri zamanında ödənilməsi diqqət çəkib.
ABŞ rəhbərliyindən Suriya siyasətini istiqamətləndirən, ancaq adının açıqlanmasını istəməyən bir səlahiyyətlinin “New York Times”a açıqlamasında deyilir ki, ödənişin bu zamanda edilməsi qətiyyən təsadüf deyil.
Qəzet Trampın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqarkın açıqlamasını da dərc edib. Makqark, ödənişin Pompeonun səfərinə bağlı olması iddiasını rədd edib və bildirib ki, ödəniş üçün təklif Səudiyyə rəhbərliyinə avqustda verilib, ödənişin isə payızda olması planlaşdırılıb.
Günay Elşadqızı / METBUAT.AZ