Ölkə

Şəmkirdən Tovuza qonaq gedən 38 yaşlı qadın ağacdan yıxıldı

Metbuat.az

Tovuzda qadın ağacdan yıxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Şəmkir rayonundan Tovuza qonaq gələn 1980-ci il təvəllüdlü Mirzəyeva Aygün Cavad qızı qonaq gəldiyi evin həyətində meyvə yığmaq üçün ağaca çıxıb. Qadın ehtiyatsızlıqdan ağacdan yıxılaraq ağır xəsarət alıb.

Yaralı Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Milli.Az