Dünya

Sel İranı 50 milyon dollarlıq ziyana saldı

Metbuat.az

Sel İranın Mazandaran vilayətinin infrastrukturu, kənd təsərrüfatı, yaşayış və ticarət massivləri və yollarına təxminən 50 milyon dollar dəyərində ziyan vurub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Mazandaran vilayətinin valisi Məhəmməd İslami İRNA-ya deyib.

Onun sözlərinə görə, sel nəticəsində 2650 mənzilə zərər dəyib. 82 mənzil tamamilə dağılıb, 2570 mənzil isə ziyan görüb.

Milli.Az