Ölkə

Şəhid Həsən Həsənovun anım günüdür

Metbuat.az

Oktyabrın 4-ü Kəlbəcərdə öldürülmüş Cəbrayıl rayonundan məcburi köçkün Həsən Həsənovun dəfn günüdür.

Metbuat.az saytının məlumatına görə, Həsən Həsənov 1978-ci ildə Cəbrayıl rayonunun Mehdili kəndində anadan olub. 2014-cü ilin iyulun 9-da Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birgə işğal altındakı Kəlbəcər rayonuna gedib. İyulun 11-də ermənilər tərəfindən öldürülərək Dağlıq Qarabağda dəfn edilib. Uzun danışıqlardan sonra Həsən Həsənovun nəşi 2014-cü il oktyabrın 2-də qarşı tərəfdən alınaraq, yaxınlarına təhvil verilib.

Mərhum 2014-cü il oktyabrın 4-də Binəqədi qəbiristanlığında dəfn edilib.

Allah rəhmət eləsin...

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla