Sarkisyandan Ərdoğana ŞOK MÜRACİƏT: "Mənim əcdadlarım..."
Ermənistanın prezidenti Armen Sarkisyan İsveçrənin
İctimai teleradiosuna (RTS) müsahibəsində Türkiyə prezidenti Rəcəb
Tayyip Ərdoğana müraciət edib.
Publika.az xəbər verir ki, Sarkisyan noyabrın 11-də I
Dünya müharibəsinin başa çatmasının 100 illiyinin qeyd ediləcəyini
deyib və bildirib ki, bunun qondarma “erməni soyqırımı”nın
“tanınması”na səbəb olacağına ümid edir.
Ermənistan prezidenti Ərdoğanla dialoqa hazır olduğunu
bildirib.
“Mən Ərdoğana deyərdim: salam, cənab prezident. Düşünürəm, biz
müzakirə etməliyik. Siz Türkiyənin, mən Ermənistanın prezidentiyəm.
Mənim əcdadlarım Ərzurum, Van və Bitlisdəndir. Niyə Türkiyə və
Ermənistan münasibətləri, bizim ortaq tariximiz haqqında
danışmamalıyıq? Biz təkcə tarix yox, həm də gələcək haqqında, sizin
və bizim övladlarımız, nəvələrimiz barədə danışmalıyıq. Mən
xaçpərəstəm, xristianlıq bağışlamağı öyrədir, lakin bağışlama
yalnız günahın etiraf edildiyi halda mümkündür”, - deyə Sarkisyan
iddialı çıxış edib.
Asif