Ölkə
SALYANDA DƏHŞƏT: Velosiped sürən 10 yaşlı oğlan öldü
Salyan rayonunda yük maşını velosiped sürən 10 yaşlı oğlanı vurub öldürüb.
Publika.az xəbər verir ki, rayonun Xıdırlı kəndi ərazisində “Kamaz” markalı yük maşını yolda velosipedlə hərəkətdə olan 2008-ci il təvəllüdlü oğlanı vurub. Ağır xəsarət alan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.