Ölkə
Sadə vətəndaş öz hesabına Mübariz adına İncəsənət mərkəzi açdırdı - VİDEO - FOTO
Niyyətim odur ki, Mübarizin həmişə şəkilləri çəkilsin, Mübariz həmişə yaşasın. Qoy, erməni xalqı görsün ki, bizim Mübariz kimi igidimiz var.
Milli.Az-ın məlumatına görə, "Həzi Aslanov" metrosunun yaxınlığında Milli qəhrəman Mübariz İbrahimov adına İncəsənət mərkəzi açılıb. Sərgidə Mübariz İbrahimovun heykəli və "Mübariz olaq" adlı sərgi keçirilib. Sərgidə 100-ə yaxın rəssamın əl işləri nümayiş etdirilib.
"Ürəkdən istədiyim üçün heykəli öz vəsaitimlə düzəltdirmişəm", - İncəsənət mərkəzinin rəhbəri Namiq Əliyev söyləyib.
Bəxtiyar Umarlı
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: