Digər
Rusiya şəhərlərini “vuran” leysan bu gecə gəlir - Ekoloq
Oktyabrın 26-sı və 27-nə proqnozlaşdırılan yağışlar əsasən şimal rayonlarımızda, Şəki-Zaqatala ərazisindəki çaylarda güclü daşqınlara və selə səbəb ola bilər.
Milli.Az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında ekoloq Telman Zeynalov deyib. O bildirib ki, havanın kəskin dəyişməsinə səbəb ölkəmizə küləyin şimal-qərbdən gəlməsidir:
"Rusiyada iki-üç aylıq yağış norması iki saata yağdı. Qara dəniz sahilləri tamamilə suyun altında qaldı. Bütün bunların səbəbi də meteoroloji silahlardan istifadə edilməsidir".
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi oktyabrın 26-da və 27-si gecə və səhər intensiv, güclü yağışlarla əlaqədar dağ çaylarında qısamüddətli daşqın və selin gözlənildiyini açıqlayıb.
Milli.Az