Dünya

Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibini qəbul edib

Metbuat.az

ABŞ dövlət katibi Mayk Pompeo Türkiyəyə səfər edib.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moldovaya səfər etmədən əvvəl Esenboğa hava limanında Mayk Pompeonu qəbul edib.

Mətbuata qapalı keçirilən görüş təxminən 30 dəqiqə davam edib. Görüşdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan və Prezident sözçüsü İbrahim Kalın da iştirak edib.

Günay Elşadqızı / METBUAT.AZ