Dünya
Qəzzada ölənlərin sayı 6-ya çatdı
Qəzza bölgəsində İsrail polisi ilə fələstinli etirazçılar arasında baş verəntoqquşmalar nəticəsində 6 nümayişçi həlak olub. 180-ə qədər fələstinli yaralanıb.
Metbuat.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə,İsrail hərbçiləri nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz, rezin və döyüş güllələrindən istifadə edib.Həmçinin İsrailə məxsus qırıcılar və helikopterlər Qəzzadakı Həmas təşkilatının mövqelərini bombalayıb.
Tələfata dair məlumat yoxdur. İsrail ordusundan bildirilib ki, əməliyyatlar Qəzza bölgəsindən ölkə ərazisinə atılan raket hücumlarına cavabdır. Hücumlardan sonra Misirin vasitəçiliyi ilə Qəzza bölgəsində atəşkəs əldə edilib.
Sübhan / METBUAT.az