Dünya

Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 2 fələstinli ölüb, 45-i xəsarət alıb

Metbuat.az

Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 2 fələstinli ölüb, daha 45 nəfər isə xəsarət alıb.

Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidrə məlumat verib. 

Onun sözlərinə görə, bu il martın 30-dan bəri "Böyük Qayıdış Yürüşü" çərçivəsində keçirilmiş etiraz aksiyaları zamanı İsrail hərbçiləri ilə toqquşmalarda 197 fələstinli ölüb, 21,6 min nəfəri də yaralanıb.

Milli.Az