Digər
Qaşıqçıya görə Türkiyəyə GÖZLƏNİLMƏZ QADAĞA
Səudiyyə Ərəbistanın rəsmiləri Türkiyə polisinə
jurnalist Camal Qaşıqçının öldürüldüyü İstanbuldakı baş konsulluğun
bağçasındakı quyuda axtarış aparmağa icazə verməyib.
Publika.az xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı
mənbələr Qaşıqçının öldürülməsi ilə bağlı aparılan istintaqın bəzi
detallarını mediaya sızdırıb.
Məlumata görə, Türkiyə polisi öldürülən jurnalistin cəsədini
axtarmaq üçün Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunun
bağçasındakı quyuya baxmaq istəyiblər. Lakin konsulluğun səudiyyəli
rəsmiləri buna icazə verməyib.
Asif