Dünya
Qaşıqçının oğlu Səudiyyəni tərk etdi - Müəmmalı addım
Mərhum jurnalist Camal Qaşıqçının böyük oğlu Saleh Qaşıqçı Səudiyyə Ərəbistanını tərk edib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Röyter" məlumat yayıb.
İkili vətəndaşlığa sahib (Səudiyyyə-ABŞ) Qaşıqçının hansı ölkəyə getməsi ilə bağlı məlumat verilməyib.
Xatırladaq ki, bir neçə gün əvvəl kral və vəliəhd Səudiyyənin İstanbul konsulluğunda öldürülən Camal Qaşıqçının ailə üzvlərini qəbul etmişdi.
Milli.Az