Dünya
Qaşıqçının konsulluqda öldürülməsi ilə bağlı yeni dəlil tapıldı
Müxalif səudiyyəli jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülməsi ilə bağlı dəlil tapılıb, Axar.az xəbər verir.
Milli.Az bildirir ki, bu məlumatın yayılmasından sonra Səudiyyənin İstanbul baş konsulu Məhəmməd Uteybinin ölkəsinə qayıtdığı deyilir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı vətəndaşı, "Vaşinqton post" qəzetinin əməkdaşı Camal Qaşıqçı oktyabrın 2-də Krallığın İstanbuldakı Baş Konsulluğunun binasına daxil olduqdan sonra itkin düşüb.
Milli.Az