Ölkə
Qanunsuz at kəsənlər saxlanıldı
Bərdə rayonunda qanunsuz at əti kəsənlər aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə, Baş İctimai Təhlükəsizlik idarələri və Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə oktyabrın 19-da Bərdə rayonu ərazisində keçirilib.
Rayonun Qaradağlı kəndi ərazisindəki yardımçı tikilidən rayon sakinləri Alim Məmmədov və Teymur Bağırov tərəfindən kəsilmiş, çəkisi 600 kiloqram olan 3 baş at və kəsilməkdə olan 2 baş at aşkar edilib.
Araşdırma aparılır.