Ölkə
Prezidentdən Gülməmməd Cavadovla bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Gülməmməd Cavadova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Publika.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Azərbaycanda energetikanın inkişafında xidmətlərinə görə Gülməmməd Süleyman oğlu Cavadova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
Nazirlər Kabinetinə tapşırılır ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.