Digər

Prezidentdə qarşı sui-qəsd, mühafizəçilər yaralandı - Haitidə

Metbuat.az

Haiti prezidenti Jovenel Moiz naməlum şəxslər tərəfindən sui-qəsdə məruz qalıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində ölkə başçısının xəsarət almadığı bildirilir.

Sui-qəsd planı Pon-Ruj şəhərində keçirilən tədbir zamanı işə salınıb. Naməlum şəxslər atəş açsa da, mühafizəçilər prezidenti təhlükəsiz yerə apara bilib.

Prezidentin iki mühafizəçisi yaralanıb. Hadisənin təfərrüatı açıqlanmır.