Ölkə
Prezident İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi
Prezident İlham Əliyev V.İ.Abdullayevin Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Vaqif İdris oğlu Abdullayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.
Milli.Az