Ölkə

Prezident İlham Əliyev Arif Əzizova Prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb

Metbuat.az

Prezident İlham Əliyev Arif Əzizova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edildiyinə görə, Naxçıvan Muxtar Respublikasında tikinti və tarix-memarlıq abidələrinin bərpası sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Arif Bəylər oğlu Əzizova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Milli.Az