Digər
Paşinyanın namizədliyi baş nazir postuna irəli sürüldü
Ermənistan parlamentində “Yelk” bloku baş nazir postuna
Nikol Paşinyanın namizədliyini irəli sürüb.
Publika.az xəbər verir ki, bu barədə “aysor” saytına
parlament aparatından bildiriblər.
Ermənistan parlamenti baş naziri seçmək üçün oktyabrın 24-də xüsusi
iclas keçirəcək.
Qeyd edək ki, Nikol Paşinyan oktyabrın 16-da baş nazir postundan
istefa verib. Ermənistan konstitusiyasına görə, baş nazirin
istefasından sonra parlament 7 gün ərzində yeni baş nazir seçir.
Birinci iclasda baş nazir seçilməsə, seçkilər ikinci iclasda davam
edir. İkinci iclasda da seçki baş tutmasa, o zaman parlament
buraxılır və növbədənkənar seçkilər keçirilir.
Asif