Digər

Paşinyanın həyat yoldaşının Qarabağa gətirdiyi qadınlar barədə QƏRAR

Metbuat.az

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Hakopyanın bir qrup qadınla işğal altındakı Dağlıq Qarabağ bölgəsinə səfərinə münasibət bildirib.

XİN-dən Publika.az-a daxil olan bəyanatda deyilir: “Qadınlar sülh naminə” təşəbbüsü barədə artıq səsləndirilmiş mövqeyimizə əlavə olaraq təkrar edirik ki, sülh istəyənlər müharibəni davam etdirməməli, insan itkisinin qarşısını almaq istəyənlər digər dövlətin ərazilərini hərbi işğal altında saxlamamalı və nəhayət, qadınları və anaları sülhə dəvət edənlər şəxsən öz övladlarını Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə hərbi xidmətə göndərməməlidirlər. Azərbaycan Respublikasının qanunlarını ciddi pozaraq ölkəmizin işğal edilmiş ərazilərinə qanunsuz səfər edən əcnəbi vətəndaşlara gəldikdə isə hazırda onlarla bağlı məlumat araşdırılır və bu şəxslər müəyyənləşdirildikdən sonra onların adlarının ölkəmizə girişi arzu olunmayan şəxslər siyahısına əlavə edilməsi ilə bağlı müvafiq qərar qəbul ediləcəkdir”.

Paşinyanın arvadı Azərbaycana gəldi və... - GÖZLƏNİLMƏZ BƏYANATLAR (FOTO)



Qeyd edək ki, Paşinyanın həyat yoldaşı Rusiyadan olan bir qrup qadınla təmas xəttinə gələrək, sülh mesajları verib.



Asif