Paşinyandan Qarabağla bağlı ŞOK AQÇILAMA - Bu dəfə daha da İRƏLİ GETDİ
“Dağlıq Qarabağ “hakimiyyəti” danışıqlar masasında
iştirak etmədiyi müddətdə münaqişənin həlli uzaqdadır”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanda baş
nazir səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyan
parlamentin baş nazirin seçilməsi ilə bağlı keçirilən xüsusi
iclasında çıxışı zamanı deyib.
Paşinyan iddia edib ki, Ermənistan rəhbərliyinə bu ölkədəki xalqın
maraqlarını təqdim etmək səlahiyyəti verilib.
“Lakin Qarabağ xalqının maraqlarını Ermənistan yox, onların öz
hakimiyyəti təqdim edə bilər. Çünki onlar müstəqildirlər”, - deyə
Paşinyan əvvəlki absurd fikirlərini davam etdirib.
Paşinyan təkzib edib ki, Qarabağla bağlı gizli danışıqlar
aparılmır.
“Danışıqlar zamanı Qarabağ münaqişəsinin həlli variantı
formalaşacaqsa və mən bunu münasib hesab edəcəmsə, bu haqda ilk
növbədə xalqın fikrini soruşacağıq”, - deyə o bildirib.
Qeyd edək ki, bu gün Ermənistan parlamenti baş nazirin seçilməsi
üçün xüsusi iclas keçirir. Parlamentin iclasında baş nazir
seçilməsə, qanunverici orqan buraxılacaq və növbədənkənar parlament
seçkiləri keçiriləcək.
Asif