Digər
Paşinyan istefadan sonra danışdı: Ermənistan üçün son 14 GÜN
“Hökumət başçısının istefasından sonra parlamentdə
Nazirlər Kabineti rəhbərinin seçkilərinin birinci mərhələsində baş
nazir postuna Nikol Paşinyanın namizədliyinin irəli sürülməsi
siyasi yox, hüquqi əsasa malikdir”.
Publika.az xəbər verir ki, bu barədə dünən istefa verən,
hazırda baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Nikol
Paşinyan “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında
deyib.
Onun sözlərinə görə, bu siyasi yox, hüquqi məsələdir və
hüquqşünaslar arasında müzakirələr aparılır.
Ermənistan mediası yazır ki, yaxın 14 gündə parlament iki iclasda
baş naziri seçə bilməsə, onda buraxılacaq və ölkənin prezidenti
növbədənkənar seçkilər təyin edəcək.
Asif