“Oğru dünyası”ndakı döymələrin İNANILMAZ SİRLƏRİ - FOTO
Döymələr həbsxana həyatının ayrılmaz hissəsidir. Bu döymələrdən məhbusun həyatını da oxumaq olur. Adətən məhbusun bədənindəki döymələr “polis üçün pasport” sayılır.
Publika.az cinayət aləmindəki döymələrin
mənasının təqdim edir:
Dəniz qulduru: Bu soyunğuçuluğa işarədir.
Soyğunçular həmçinin, kəllə və xəncər döymələrindən də istifadə
edirlər. Bu döymələr son dövrlər dəbə minib.
Ayı təsviri: Bu seyf oğrularının döyməsidir və
ayı ovçusu mənasını verir.
Açarlı pişik: Bu döymə mənzil oğrularına xasdır. Bununla yanaşı, cibgirlərin də özünəməxsus döymələri olur. Onlar adətən tarakan, arı kimi həşarataları seçirlər. Lakin son dövrlər bundan çəkinirlər. Çünki belə döymələr cibgirləri ələ verir.
Barmaqlıqlar, yaxud tikanlı məftillər arasında
qızılgül: Belə döymələr azyaşlı vaxtdan həbsxanaya düşən
məhbuslara aiddir. Bu, ömrünün ən gözəl günlərinin həbsxanada
keçirilməsi mənasını daşıyır.
Qucağında körpə olan Məryəm: Bu, “mənim evim
həbsxanadır” mənasını daşıyır. Hazırda məhbuslar arasında dini
motivli döymələr məşhurdur. Hətta müsəlman məhbusların da dini
döymələrdən istifadə etdiyi deyilir.
Oğru ulduzları (səkkizgüşəli ulduz): Əvvəllər
bu, həbsxanada nüfuzun göstəricisi hesab olunurdu. Lakin son
dövrlər bütün məhbusların belə döymələrdən istifadə edə bildiyi
deyilir. Həbsxana həyatının tədqiqatçıları bildirirlər ki, bu gün
çoxlu döymələri olanlar adətən axmaqlar sırasında yer alır. Yəni
əvvəllər olduğu kimi, indi çoxlu döymələrə sahib olan məhbus o
qədər də hörmət sahibi sayılmır. SSRİ dövründə isə oğru ulduzları
fərqli mənaya sahib idi. Bu, “heç vaxt paqon daşımayacam”, yaxud
“polisin qarşısında diz çökməyəcəm” demək idi. Bu oğru ideologiyası
idi. Əgər “oğru dünyası”na aid olmayan məhbus belə döymə vururdusa,
buna görə mütləq cavab verməli olurdu. 90-cı illərdən başlayaraq,
bu döymələri əksər məhbus vurmağa başladı. Tədqiqatçılar bildirir
ki, bu gün həbsxanada “döymə üçün cavab verilmir” prinsipi hökm
sürür.
Üzüklər: Bu döyməni daşıyan məhbuslar da kiçik
yaşlarından həbsxanaya düşənlərdir. Belə döymə üzüklər müxtəlif
olur, lakin ümumi mənası eynidir.
Yelkənli gəmi: Bu qaçışın simvoludur. Bu döymə
onu bildirir ki, məhbus azadlığa can atır.
Günbəzli məbəd: Ən çox yayılan döymələrdən
hesab olunur. Məhbus həbsxanaya düşərkən məbədin üzərində gümbəz
döymələri vurur. Azadlığa çıxana qədər bu davam edir. Bu, məhbəsdə
olduğu müddəti göstərir.
Asif