“Oğru dünyası”nda istifadə olunan sözlərin İNANILMAZ MƏNALARI - FOTO
Həbsxana həyatının bir-birindən maraqlı qanunları var. Lakin bu dəfə biz o qanunlardan deyil, həbsxanada işlədilən sözlərin inanılmaz mənalarından söz açacağıq. Məsələn, xoruz. Biz bu sözü normal qarşılasaq da, cinayət aləminin jarqonunda xoriz ifadəsi o qədər də yaxşı səslənmir. “Petux”: rus dilində bu, Xoruz deməkdir. Amma cinayət aləmində, xüsusilə post-sovet məkanındakı həbsxanalarda bu ifadə ən alçaq söz olaraq qəbul olunur.
Publika.az cinayət aləminin tədqiqatçısı “Fima
Jiqanes” təxəllüsü ilə tanınan Aleksandr Sidorovun bu haqda
fikirlərini təqdim edir:
“Qanuni oğrular” Xoruzu niyə sevmir?
A.Sidorov deyir ki, keçi (kozyol) həbsxanada mənfi qarşılanır,
Xoruz isə ümumiyyətlə söyüş mənasındadır: “Keçi ilə bağlı məsələ
qismən aydındır: bu üfunətli heyvandır, uzun buynuzları var və
dustaqlar arasında həmişə biabırçı bir şeyi ifadə edir. Əvvəllər
passiv homoseksualları keçi adlandırardılar. Xüsusilə ötən əsrin
60-70-ci illərində belə idi. Bəs xoruz (rus dilində petux) niyə
mənfi qarşılanır? Axı bu quş növü folklorda müsbət obrazdır. Amma
artıq uzun müddətdir ki, həbsxanalarda passiv homoseksualları bu
quşun adı ilə çağırırlar. Yeri gəlmişkən bu gün həbsxanalarda
“xoruz” (petux) sözünün sinonimi var. Bu “pinç”dir. Bu ifadə hələ
1943-cü ildə İqor Mixaylovun “Aska” poemasında işlənir”.
Cinayət jarqonuna sözlər necə daxil
olur?
A.Sidorovun sözlərinə görə, həbsxana jarqonu müəyyən dəyişikliklərə
məruz qalmış unikal söz toplusudur: “Sovet hakimiyyətinin gəlişi
ilə həbsxanalar ziyalılar, zabitlər, tacirlər, keşişlər, kəndlilər
və bu kimi müxtəlif təbəqənin insanları ilə doldu. Beləliklə,
cinayət jarqonuna cəmiyyətin hər təbəqəsinin sözləri daxil oldu.
Məsələn, “yüksüz vaqonları itələmək” sözü mənasız, boş danışmaqdır.
Bu ifadəni həbsxanaya şaxtaçılar gətirib. “Volına” (tapança) sözü
kazaklardan gəlmədir. “Jiqan” sözü “yandırmaq”, “yanmaq”, yaxud
“hiss etməklə” bağlıdır. “Jiqan” sözünü əvvəlcə ocaqçılara,
araqçəkənlərə, ümumiyyətlə hisə batmışlara deyirdilər. Daha sonra
bu söz qəddar insanlara, fırıldaqçılara, dələduzlara deyildi. Çar
Rusiyanın cinayət aləmində jiqanlara çox hörmət edirdilər”.
“Adaxlı”, “müftə”, “talvar”
A.Sidorov deyir ki, bəzən xarici sözlər də cinayət jarqonuna daxil
edilib.
“Misal üçün, “müftə” (xalyava) sözü Polşadan alınma sözdür. Müftə
sözü burada çəkmənin boğazı mənasındadır. Fırıldaqçılar uzunboğazlı
çəkmələr geyinir və bazarlarda gəzişirdilər. Fırıldaqçının biri
tacirin fikrini yayndırır, o biri isə oğurladığı malı çəkmənin
boğazından içəri atırdı. Bu söz müasir jarqonda “pulsuz”, “hədiyyə”
mənasında işlənir. Digər alınma söz “Frayer”dir (almanca freier -
adaxlı). Çar Rusiyasında bu dələduzluq edənlərə aid edilirdi. İki
cinayətkardan biri digərini tora salır, o biri isə iş üstündə
tutaraq, bütün pullarını alırdılar. Misal üçün, iki fahişədən biri
zəngin cənabla yaxınlaşır, digəri isə onları ən vacib məqamda
yaxalayaraq, qışqırmağa başlayırdı. Zəngin cənab isə biabır olmamaq
üçün bütün pulunu verib geri çəkilirdi. Bu söz “xiçisnisey” sözü
ilə də qarışdırılıb. Bu, yəhudilərin “xupa” sözündən götürülüb,
mənası talvar deməkdir. Yəhudilərdə toy zamanı bəy və gəlin o
talvara baş çəkərlər. Zaman keçdikcə “frayer” fahişəxanaların
mötəbər ziyarətçilərinə deyilməyə başlandı, amma ümumiyyətlə
axmaqlara, bəxtsizlərə bu söz aid edilirdi. SSRİ həbsxanalarında
isə “frayer” siyasi məhbuslara aid edildi. Təcrübəli cinayətkarlar
onlara nifrət edərdilər. Lakin 1960-80-ci illərdə siyasi dustaqlara
hörmət edilməyə başlandı. Onlara inamları və möhkəm olduqları üçün
hörmət edilirdi. Bu həm də cinayət aləmində anti-kommunist mövqedən
də irəli gəlirdi”, - deyə ekspert diqqətə çatdırıb.
Tac qoyma və dindirilmə: nələr, niyə
dəyişdirildi?
Tədqiqatçı vurğulayır ki, artıq “oğru dünyası”nda tac qoyma
ənənələri də dəyişib: “Vaxtilə tac qoyardılar və xaç suyuna
salardılar. Misal üçün Ded Hasan yeziddir, ona tac qoyarkən xaç
suyuna da salıblar. İndi mübahisələrin düşməməsi üçün tac qoyma və
xaç suyuna salmanı ayırıblar. Hazırda sadəcə danışırlar: Filan
insana bu məsələyə görə verildi. Hər şey sadələşib. Daha bir
maraqlı məqam isə odur ki, “qanuni oğru” bütün suallara doğru cavab
verməlidir, hətta polisin dindirməsi zamanı da. Bu isə onun
cinayəti faktiki etiraf etməsi deməkdir. Lakin indi bir qədər
vəziyyət dəyişib. Çünki bu ənənələr onların ziyanına işləyir. Bəs
belə vəziyyətlərdə nə edilməlidir? Misal üçün, Şarko Maladoy
tutulandan sonra ümumiyyətlə hüquq-mühafizə orqanlarının
əməkdaşları ilə ünsiyyət saxlamaqdan imtina etdi. Bəzi “qanuni
oğrular” isə fərqli davranırlar. Misal üçün, onlar polisin sualına
“mən öz yanımdayam” cavabını verirlər. Bu, oğruların yanında olmaq
deməkdir. Bu söhbəti sadəcə anlamaq lazımdır”.
Rusiya cinayət aləminə yəhudi təsiri
A.Sidokov Rusiya cinayət jarqonunun yəhudilərdən daha çox söz
aldığını deyir: “Bu, əsasən Odessada olan yəhudilərdən gələn
sözlərdir. Rusiyada iki əsas oğru mərkəzi var idi: yəhudi Rostovu
və Odessa. Əslində hər iki şəhər yəhudilərin oturaq həyat tərzi
sürdüyü yerdir. Minsk və Kiyevə nisbətdə Rostovda yəhudilər çox
yaşayırdı. Onların 60-70 faizi oğru jarqonundan istifadə
edənlərdir. Lakin yəhudilərdən alınma sözlər qarışıqdır. Misal
üçün, həbsxana kamerasında ayaqyoluna deyilən “paraşa” sözünün
yəhudilərdən gəldiyi bildirilir. Əslində isə hər şey çox sadədir:
27 oktyabrda payızın cümə günü – “Pinti Paraskeva” keçirilir. Həmin
vaxt adətən yağışlar yağır və hər yer palçıq olur. Buna qısa olaraq
“Paraşa” deyirlər, yəni pinti, çirkli mənasında. Həmçinin, “botat”
sözündə də yəhudi kökü axtarmaq tamamilə doğru olmaz. Keçmişdə
inəyin boynuna zınqırov asardılar və buna “botat”, yəni guruldamaq,
cingilləmək deyilərdi”.
Şərqdən alınma söz
Ekspert vurğulayır ki, cinayət jarqonuna Şərqdən gələn sözlər də
daxil olub.
“Onlardan biri “şmonat”dır. Bunun kökü türklərin axtarmaq,
silkələmək sözünə gedib çıxır. Cinayət aləmində mənası qarət etmək
deməkdir”, - deyə o bildirib.
Asif