Ölkə
Neftçalada üç yaşlı uşağı “tok” vurdu
Neftçala rayonunda azyaşlı uşağı elektrik cərəyanı vurub.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayonun Bankə qəsəbəsində qeydə alınıb.
2015-ci il təvəllüdlü Qənbərov Ziya Zəfər oğlu əli ilə divardan asılı qalan elektrik naqilinə toxunub və nəticədə onu cərəyan vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az