Digər
Neft emalı zavodunda PARTLAYIŞ - VİDEO
Kanadanın Sent-Con şəhərində neft emalı zavodunda partlayış baş verib.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, partlayışdan sonra müəssisədə yanğın başlayıb.
Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir. Şahidlərin sözlərinə görə, partlayışın gücündən ətrafdakı evlər silkələnib. Yanğının söndürülməsi üçün yanğınsöndürənlər cəlb edilib.
Həmin zavodda gün ərzində 300 min ton barel neft məhsulları istehsal olunur.