Ölkə

“Nazmehr” quru yük gəmisində zəhərlənən şəxslər sabah evə buraxıla bilər

Metbuat.az

İran İslam Respublikasına məxsus "Nazmehr" quru yük gəmisində zəhərlənən şəxslər sabah evə buraxıla bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib:

"Zəhərlənən 8 nəfər İran vətəndaşlarının vəziyyətləri orta ağırdır, həyatlarına heç bir təhlükə yoxdur. Xəstələr bu gecə mərkəzdə qalacaqlar. Sabah müayinələrdən sonra konsilium olacaq. Hər hansı bir problem və fəsadlar olmasa, xəstələr evə buraxılacaq".

Milli.Az