Ölkə
Nazirlik: Sürüşmə zonasında uçqun-töküntu prosesi müşahidə edilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargah Badamdar qəsəbəsində sürüşmə sahəsindəki son vəziyyətlə bağlı məlumat yayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, sürüşmə zonasında saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır:
Qeyd olunur ki, sürüşmənin yuxarı hissəsində kəsilmiş yamacda uçqun-töküntu prosesi və qruntun yerdəyişməsi müşahidə edilir: "Sürüşmənin sağ və sol hissəsindəki mövcud çatlarda səhər saatları ilə müqayisədə genişlənmə qeydə alınıb".
Milli.Az