Digər
Milli parkda YANĞIN - Prezident də gəldi
Portuqaliyanın Sintra və Kaşkayş bölgəsindəki milli parkda yanğın baş verib.
Publika.az xəbər verir ki, Lissabondan 40 km uzaqlıqda yerləşən parkda baş verən yanğında 18 nəfər xəsarət alıb. Yanğının söndürülməsinə 700 yanğınsöndürən cəlb edilib.
Ətrafdakı yaşayış zonasından 350 nəfərin təxliyyə edildiyi deyilir.
Yanğının söndürülməsinə aviasiya xidməti də cəlb edilib. Ölkə başçısı Marsel De Souza da hadisə yerində olub.