Ölkə
Mikrofon və spirtli içki oğurladığına görə saxlanıldı
Bakıda keçmiş məhkum mikrofon və spirtli içki oğurladığına görə saxlanılıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Kriminalistik Tədqiqatlar İdarəsi və Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il mayın 27-də rayon ərazisindəki kafelərin birindən müsiqi aləti, mikrofon və spirtli içki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Oleq Larkov saxlanılıb.
Onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.
Milli.Az