Ölkə
Mikayıl Cabbarova 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib
Prezident İlham Əliyev M.Ç.Cabbarova 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzlayıb.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının vergilər naziri Mikayıl Çingiz oğlu Cabbarova 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilsin.
Milli.Az