İdman

Məşhur mütəxəssis Filippin yığmasında

Metbuat.az

Məşhur isveçrəli məşqçi Sven-Yoran Erikssonun yeni iş yeri müəyyənləşib.

Metbuat.az Qol.az-a istinadən xəbər verir ki, isveçli mütəxəssis Filippin yığmasının sükanı arxasına keçib. Bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb. 70 yaşlı çalışdırıcı ilə 6 aylıq müqavilə imzalanıb.

Qeyd edək ki, 2001 - 2006-cı illərdə İngiltərə yığmasına başçılıq edən Eriksson Meksika və Kot dİvuar yığmalarını da çalışdırıb. Bundan başqa, təcrübəli mütəxəssis "Göteborq" (İsveç), "Benfika" (Portuqaliya), "Roma", "Latsio" (hər ikisi İtaliya), "Mançester Siti", "Lester" (hər ikisi İngiltərə) klublarına da rəhbərlik edib.