Ölkə
"Mercedes" elektrik dirəyə çırpılıb, yanğın baş verib
Lənkəran şəhərinin Vilvan kəndində "Mercedes" markalı minik avtomobilinin elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb.
Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Milli.Az