Dünya
Meksikada "Uilla" ilə əlaqədar tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv edilib
Meksika höküməti "Uilla" qasırğası ilə əlaqədar tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv edilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Meksikanın Daxili İşlrə Nazirliyinin kommünikesində deyilir.
Kommünikedə bildirilir: "Respublika höküməti bərpa mərhələsini başlamaq üçün fövqəladə vəziyyət mərhələsinin dayandırılmasını elan edir və təbii fəlakətdən zərər çəkmiş əhalinin müdafiəsi üzrə öz öhdəliyini vurğulayır".
DİN qeyd edir ki, Sinaloa və Nayarit ştatlarında infrastruktura, əhali və əlaqə üçün baza xidmətlərə ziyan dəyib, lakin ən əsası - təbii fəlakət nəticəsində insan itkisi olmayıb.
Milli.Az