Ölkə
Məhkuma telefon keçirilməsinin qarşısı alındı
Penitensiar xidmətin əməliyyat aparatının həyata
keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq
təcridxanasına mobil telefon keçirilməsi cəhdinin qarşısı
alınıb.
Penitensiar xidmətdən Publika.az-a verilən
məlumata görə, Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci
maddələrinə əsasən həbs edilmiş şəxs Əmirxanlı İlkin Natiq oğlunun
yanına qısamüddətli görüşə gəlmiş atası Tərtər rayon sakini
Hüseynov Natiq Əmirxan oğlunun üzərinə və şəxsi əşyalarına baxış
keçirilən zaman əynindəki pencəyin cibindən daxilində danışıq kartı
olan 1 ədəd "Jincen" markalı mobil telefon aşkar edilərək
götürülüb.
Faktla bağlı araşdırma aparılır.