Ölkə

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib

Metbuat.az

Nazirlər Kabineti Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının yeni tərkibini təsdiq edib.

Metbuat.az-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarla Müşahidə Şurasının yeni tərkibi aşağıdakı kimi təsdiqlənib:

Müşahidə Şurasının sədri

Rövşən Rzayev - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

Müşahidə Şurasının üzvləri:

İlqar Fətizadə - maliyyə nazirinin birinci müavini;

Mətin Kərimli - əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini;

Cəmaləddin Quliyev - İqtisadiyyat Nazirliyinin Aparatının iqtisadi və sosial sahələrin inkişafı şöbəsinin müdiri;

Azay Quliyev - Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri;

Adil Abdullayev - “Avropa Lift Sistemləri” MMC-nin təsisçisi, Kiçik və Orta Sahibkarlar İttifaqının prezidenti;

Qulam İshaqzai - BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi;

Caydev Sinqx - ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı missiya direktoru;

Guido Ambroso - BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi.

Cəbhədən xəbər var - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla