Dünya
Makron İdlibdə hərbi əməliyyatları qəbuledilməz hesab edir
Suriya hökümətinin İdlib rayonuna mümkün hərbi əməliyyat keçirməsi qəbuledilməzdir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Fransa prezidenti Emmanuel Makron Suriya üzrə İstanbulda keçirilən Rusiya-Türkiyə-Almaniya-Fransa dördtərəfli sammitinin mətbuat konfransında deyib.
"Müzakirələrimizin əsas hissəsi İdlibdəki vəziyyət haqqında idi. Biz açıq bəyan etdik ki, rejimin və onun tərəfdarlarının hərbi hücumu təhlükəsizlik və humanitar vəziyyət məsələlərində qəbuledilməz nəticələrə səbəb olacaq", - deyə Makron bildirib.
Milli.Az