Ölkə

Lökbatanda yolu keçən piyadanı naməlum avtomobil vurub

Metbuat.az

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, oktyabrın 19-da saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Süleyman Nəbiyev vurulub və nəticədə o, hadisə yerində ölüb.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Milli.Az