Ölkə

Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb

Metbuat.az

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Qəmbərovun evindən çəkisi 8 kiloqram marixuana götürülüb.   

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının Lənkəran şəhəri ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Məhəmməd Nəzərovdan 4 qrama yaxın, habelə şəhər ərazisindəki tikililərin birində gizlətdiyi yerdən  əlavə 433 qr marixuana götürülüb.

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Binəqədi RPİ 4-cü Polis Bölməsi  əməkdaşlarının rayon ərazisində birgə keçirdikləri tədbirlər nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Adil Heydərovdan 465 qram marixuana aşkar edilib.

Sumqayıt ŞPİ 1-ci PB-nin əməkdaşları tərəfindən Kotec qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mahir Qocayevdən 445 qram marixuana götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Pünhan Mirzə
Milli.Az