Dünya
Krımda partlayış
Krım bölgəsindəki Kerç şəhərindəki kollecdə partlayış baş verib.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayışın əvvəlcə qaz sızması səbəbindən olduğu bildirilsə də, daha sonra təhlükəsizlik qüvvələri hadisənin partlayıcı qurğunun işə salınması səbəbindən baş verdiyini açıqlayıblar.
Rusiyanın RİA Novosti agentliyinin məlumatına görə, partlayış nəticəsində azı 10 nəfər həyatını itirib, 50 nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürən maşınlar gəlib.
Günay Elşadqızı / METBUAT.AZ