Dünya

Konqoda yanacaq tankeri ilə yük avtomobili toqquşdu: azı 50 ölü

Metbuat.az

Konqo Demokratik Respublikasında yanacaq tankerinin yük avtomobili ilə toqquşması nəticəsində güclü partlayış olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Mərkəzi Konqo əyalətinin müvəqqəti valisi Atou Matubuana yerli mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, partlayış nəticəsində azı 50 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. Yaralılar bölgədəki xəstəxanalara yerləşdirilib.

Əyalət rəsmiləri ölü sayının artacağını istisna etmirlər.

Milli.Az